Akademik Arif Mehdiyevin əsərlərinin biblioqrafiyası nəşr olunmuşdur

"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından akademik Arif Şəfaət oğlu Mehdiyevin elmi əsərlərinin biblioqrafik göstəricisi "Proqres" nəşriyyatında çap olunmuşdur. 
Akademiyadan bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Amerika Aeronavtika və Astronavtika İnstitutunun üzvü, Dövlət Mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyevin əsərlərinin biblioqrafik göstəricisi 1960-2010-cu illərdə Azərbaycan, rus və xarici dillərdə nəşr edilmiş monoqrafiya, elmi sessiya, simpozium və konfrans materiallarında, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələri əhatə edir. Biblioqrafiyaya daxil edilmiş materiallar xronoloji qaydada yerləşdirilmişdir.
A.Mehdiyevin redaktə etdiyi əsərlər, ixtiralar və dissertantlara elmi rəhbərliyini əks etdirən bölmələr də vardır.
Biblioqrafiyada alimin həyatı, elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətini əks etdirən qısa oçerk, habelə həyatının əsas tarixləri verilmişdir.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədi ilə alimin əsərlərinin, müştərək müəlliflərin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri də öz əksini tapmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında