Moskvada biologiya müəllimlərinin I qurultayı olub

Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin birgə təşkilatçılığı ilə biologiya müəllimlərinin 1-ci Ümumrusiya Qurultayı keçirilib. Qurultayda Rusiyadan və yaxın xaricdən 700-dək biologiya müəllimi, bu sahənin alimləri və mütəxəssislər iştirak etmişlər. Tədbirə Azərbaycandan da üç nəfər bioloq dəvət alıb. Bunlar Bakı Dövlət Universiteti biologiya fakültəsinin kafedra müdiri, professor Məcnun Babayev, respublikanın əməkdar müəllimi, Bakıdakı 204 saylı tam orta məktəbin biologiya müəllimi Almaz Həsrət və 83 saylı məktəb-liseyin ali kateqoriyalı müəllimi Nüşabə Məmmədovadır.
Qurultayda biologiya fənninin tədrisi metodikası, yeni təlim metodları, müəllimlərin hazırlanması və yenidən hazırlanması, çağdaş informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və s. məsələlər müzakirə edilib. Almaz Həsrət qurultayın "Metodologiya və biologiyanın tədrisinin metodikası" bölməsində "Çağdaş tədris metodları və ən yeni pedaqoji texnologiyaların tətbiqi" mövzusunda məruzə edib. Qurultay iştirakçılarının maraqla qarşıladığı məruzədə Azərbaycanda son illərdə aparılan təhsil islahatları, kurikulumun tətbiqi ilə dərslərin keçilməsi, dövlətin müəllimləri həvəsləndirən çoxsaylı tədbirlər təşkil etməsi, Təhsil Nazirliyinin çağdaş texnologiyalarla işləməyə çalışan müəllimləri irəli çəkməsi kimi məsələlərdən söhbət açılıb. Almaz Həsrət xüsusi olaraq informasiya-kommunikasiya texnologiyalarının biologiyanın tədrisinə tətbiqi üzərində dayanıb və şəxsi təcrübəsindən çıxış edərək bunun çox böyük uğurlara gətirib çıxardığını göstərib. O, həmçinin bildirib ki, şəxsən özü Moskva Dövlət Universitetinin uzaqdan təhsil proqramı çərçivəsində "Biologiyanın tədrisində İKT-nin tətbiqi" birillik ixtisasartırma kursunu bitirib və bundan sonra dərslərində ciddi keyfiyyət dəyişikliyi baş verib.
Qurultayın gedişində Azərbaycan təmsilçiləri yaxın xaricdən və Rusiyanın özündən olan müəllimlərlə ayrıca görüşlər keçirmiş, fikir və təcrübə mübadiləsi etmişlər. Qərara alınmışdır ki, məktəblərarası təcrübə mübadiləsi üçün gələcəkdə birgə layihələr üzərində işlənilsin.
Almaz Həsrət və Nüşabə Məmmədova Moskva Dövlət Universitetinin rektoru Sadovniçiy ilə də ayrılıqda görüş keçiriblər. Rektor azərbaycanlı müəllimlərin bu tədbirə maraq göstərməsini, hətta ayrıca məruzə ilə çıxış etmələrini yüksək qiymətləndirib.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında