Azərbaycanın görkəmli şərqşünas alimi, professor Aida İmanquliyevanın "Seçilmiş məqalələr"i Ukrayna dilində işıq üzü görmüşdür

Azərbaycanın Kiyevdəki səfirliyinin təşəbbüsü ilə görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın kitabı Ukrayna dilində nəşr olunmuşdur. Məcmuədə Azərbaycanda ərəb ədəbiyyatşünaslığı məktəbinin banisi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məqalələri, habelə onun həyat və yaradıcılığına həsr olunmuş yazılar yer almışdır. 
Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətlinin redaktəsi ilə çapdan çıxan kitabın tərtibçisi səfirliyin müşaviri Yeganə Qafqazlı, tərcüməçisi Gültən Hüseynzadə-Qafqazlıdır. Kitaba Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Qriqori Xalimonenko rəy yazmışdır.
Məcmuənin naşirləri təqdim olunmuş materiallara və dəstəyə görə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya minnətdarlıqlarını bildirmişlər.
Professor Aida İmanquliyevanın məqalələr toplusu heç şübhəsiz Ukrayna şərqşünaslarının böyük marağına səbəb olacaqdır.
Məcmuə Kiyevdə, Dmitri Buraqo nəşriyyat evində 500 nüsxə tirajla çap olunmuşdur.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında