Professor İradə Hüseynova Sokrat mükafatı laureatı olmuşdur

İyunun 19-dan 21-dək Avropanın ən məşhur elmi mərkəzlərindən biri olan Oksford Universitetində (Böyük Britaniya) keçirilmiş Avropa "Liderlər sammiti" tədbirində Azərbaycan alimi, təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynovaya Sokrat mükafatı təqdim edilmişdir. 
İradə Hüseynova Azərbaycanda bu yüksək mükafata layiq görülmüş ilk qadın alimdir. Sokrat mükafatı bu və ya digər ölkədə milli elmin ən yüksək dərəcədə inkişaf etməsinin, onun alimlərinin dünyada ən yaxşı alimlər kimi tanınmasının rəmzidir. Bu nüfuzlu mükafatın laureatı olmağa namizədlər elm aləmində qüsursuz nüfuz sahibi olmaq, tədqiqatlara sanballı şəxsi töhfə vermək və səmərəlilik meyarları əsasında seçilirlər.
Mükafatın təqdim edilməsi mərasimində professor İradə Hüseynovanın elmi, peşəkar, pedaqoji və ictimai fəaliyyətinə, onun maarifçilik və xeyriyyəçilik işlərinə, asudə vaxtını necə keçirməsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Professor İ.Hüseynovanın Qafqazşünaslıq sahəsində elmi araşdırmaları və onun yeni bir elmi istiqamətin - Əliyevşünaslığın banisi olması xüsusi qeyd edilmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövləti və siyasi fəaliyyətinə həsr edilmiş ilk doktorluq dissertasiyasının müəllifidir. İ.Hüseynova mükafatın təqdim edilməsi mərasimində, habelə plenar iclaslardakı çıxışlarında qeyd etmişdir ki, Azərbaycan dövlətçiliyinin inkişafında və respublikanın iqtisadi tərəqqisində bütün müsbət, uğurlu, stabil nailiyyətlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, onun siyasi xətti Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.
Professor İ.Hüseynova Azərbaycanda təhsilin vəziyyəti, bu sahənin keyfiyyətinin artırılmasında və lazımi səviyyəyə çatdırılmasında qazanılmış uğurlar, təhsil sahəsində dünya göstəricilərinə və müvafiq standartlara uyğunlaşma, milli təhsilin dünya təhsil sistemləri toplusuna inteqrasiyası ilə bağlı pozitiv proseslər, tədris müəssisələrinin maddi-texniki və tədris-metodik bazasının möhkəmlədilməsi, müəllimlər və təhsil alanlar üçün sosial proqramlar, tədris proseslərinin kompyuterləşməsi və informatlaşması, biliklərin qiymətləndirilməsinə yeni yanaşmalar, Azərbaycan gənclərinin dünyanın aparıcı tədris mərkəzlərində təhsil almasına dair dövlət proqramları, təhsilə dövlət maliyyəsinin artırılması barədə məlumat vermişdir.
İradə Hüseynova "Liderlər sammiti" kimi nüfuzlu tədbirdə ölkəmizi ləyaqətlə təmsil etmişdir. Onun bu tədbirdə səmərəli iştirakı sammitin yekun sənədlərində, sammitin materiallarından ibarət informasiya və elmi xarakterli məcmuələrdə qeyd edilmişdir.
Azərbaycan növbəti dəfə dünya arenasına çıxmış və ölkəmizdə elmin, təhsilin yüksək səviyyədə olmasını, innovasiya texnologiyalarının reallaşdırılmasını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsində ölkə rəhbərliyinin insan amilinə və intellektual potensialın inkişafına qayğıkeş münasibətini nümayiş etdirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında