AMEA-da görüş

Rumıniyanın hakim Demokrat Liberal Partiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti iyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyətində olmuşdur.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov bildirmişdir ki, AMEA ilə Rumıniya Elmlər Akademiyası arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə hər iki ölkənin alimləri müştərək layihələrin həyata keçirilməsində yaxından iştirak etmişlər. Rumıniya EA ilə əlaqələr bundan sonra da genişləndiriləcəkdir.
Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan M.Kərimov ölkələrimiz arasındakı əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin xidmətlərini qeyd etmişdir.
Mahmud Kərimov qonaqlara AMEA haqqında da ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin rəhbəri, Buxarest şəhərinin 2-ci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyasının sədr müavini Nekulay Ontsanu ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən razılıqla danışmışdır. Qonaq demişdir: "Rumıniya həqiqətən də Azərbaycanın dostudur. Rəsmi Buxarest bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu, dostluğumuzun nümunəsidir. Biz burada həyata keçirilən layihələrlə yaxından tanış olduq. Azərbaycanın sürətli inkişafı və uğurlu siyasəti bizi sevindirir".
Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti Marius Sala və akademik Auqustin Buruza öz ölkələrində elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, 145 illik yubileyini qeyd edən Rumıniya Elmlər Akademiyası azərbaycanlı alimlərlə əməkdaşlığa daim böyük önəm vermişdir və bu iş hazırda uğurla davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında