160 saylı məktəbdə ulu öndərə həsr olunmuş bayram şənliyi

Respublikamızın hər yerində olduğu kimi, Bakının Səbail rayonunda yerləşən 160 saylı klassik gimnaziyada da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87 illiyi böyük təntənə ilə qeyd olunur. Məktəbin bu ilki ibtidai buraxılış sinif şagirdləri bayram şənliklərini elə bu müstəvidə hazırlamışdılar.
Dövlət himnimizin sədaları altında səhnəyə daxil olan IV-a sinif şagirdləri tamaşaçıları - məktəbin müəllim-şagird kollektivi qarşısında baş əyərək onları salamladılar. Sonra Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət maraqlı kompozisiya ilə konsert proqramlarına başladılar.
Balaca Əliağanın xoş avazla oxuduğu mahnı elə zaldakıların da zümzüməsinə çevrildi. Vüsalın, Mədinənin, Azərin, Nüşabənin, Yusifin, Qüdsiyyənin, Elmiranın, Dürdanənin, Amidin hazırladıqları səhnə incə məqamları ilə yaddaqalan izlər buraxdı.
Gələcəyin Vətən keşikçiləri - Atilla, Mübariz, Əhməd və Aydın möhkəm əsgər addımları və marş sədaları altında səhnəyə daxil olanda zalda böyük canlanma yarandı. Onların əzmlə oxuduqları Vətən məhəbbətli şeirlər hər kəsin qəlbini qürur hissi ilə doldurdu və demək olar ki, onlar öz səhnə proqramlarını alqış sədaları altında başa çatdırdılar.
Elə həmin alqışların davamı olaraq bütün IV-a sinif şagirdləri səhnəyə qalxdılar, Coşqun əlində tutduğu üçrəngli bayrağımızı səhnə boyu dalğalandıraraq bayram konsertini yekunlaşdırdı.
Tədbirin sonunda sinif rəhbəri Məlakə Əhmədova səhnəyə qalxaraq bayram münasibəti ilə bütün iştirakçıları bir daha təbrik etdi və builki ibtidai buraxılış sinif şagirdlərinə gələcək təhsil illərində uğurlar arzuladı.

{nl}

A.ÜLVİ, foto R.SALMANOVUNDUR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında