Ukrayna nümayəndə heyəti BDU-da olmuşdur

Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Ukrayna nümayəndə heyəti iyulun 6-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ilə görüşmüşdür.
BDU-da Ukrayna Kitab Fondunun yaradılması, elm, təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan görüşdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin professoru Volodimir Seriyçuk, Ukrayna Milli Elmlər Akademiyasının Krım Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Yuri Koçubey, "Kiyev-Mohila Akademiyası" Dövlət Universitetinin vitse-prezidenti Lyudmila Dyaçenko, həmin universitetin professoru Fərhad Turanlı, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin direktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev və Ukrayna Dövlət Televiziyasının baş redaktoru Kristina Stebelska iştirak etmişlər.
Akademik A.Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan, beynəlxalq əlaqələrindən, yaxın günlərdə Xarkov Milli Universiteti ilə BDU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmasından danışmış, Krım Universitetinin fəxri professoru seçilməsindən məmnunluğunu ifadə etmişdir.
Ölkəmizdə elm və təhsilə dövlət qayğısından danışan A.Məhərrəmov bu sahənin inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu, Ukrayna ilə bütün sahələrdə inkişaf edən münasibətlərin elm və təhsil əlaqələrinin genişlənməsində özünü göstərdiyini vurğulamışdır. Rektor qeyd etmişdir ki, bu əlaqələr təhsilin müxtəlif pillələrini əhatə edir. Ölkələrimizin ayrı-ayrı təhsil ocaqları arasında müəllim və tələbələrin qarşılıqlı təcrübə mübadiləsi aparılır, əhəmiyyətli proqram və layihələr həyata keçirilir.
Xalqlarımızın dərin köklərə malik dostluq əlaqələrindən söz açan A.Məhərrəmov Ukraynanın müxtəlif ali təhsil müəssisələri ilə BDU arasında əməkdaşlığın yaranması və genişləndirilməsinin vacibliyini vurğulamış, görüşün bu baxımdan faydalı olacağına əminliyini bildirmişdir.
Görüşdə BDU-da Ukrayna Kitab Fondunun yaradılması, əməkdaşlıq sahəsində gələcək münasibətlər və digər məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmışdır.
Professor V.Seriyçuk təmsil etdiyi universitetin yubiley medalını BDU-nun rektoruna təqdim etmişdir.
Səmimi görüş üçün minnətdarlıqlarını ifadə edən qonaqlar iki ölkə arasında təhsil əlaqələrinin inkişafı sahəsində daha mühüm nailiyyətlər əldə olunacağına əminliklərini bildirmiş, Ukrayna və rus dillərində kitab və ensiklopediyaları BDU-da yaradılacaq Ukrayna Kitab Fonduna hədiyyə etmişlər.
Sonra ukraynalı qonaqlar universiteti gəzmiş, BDU-nun yeni korpusu, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Məktəbi, Tədris-Elektron Məlumat Mərkəzi ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında