Lənkəran Dövlət Universitetində məzun günü

"Məzun-2011" adı ilə keçirilən tədbiri LDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq, ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik edib və bildirib ki, bu il universiteti 22 ixtisas üzrə 373 nəfər bitirir, bunun 58 nəfəri magistrantdır. Rektor həmçinin qeyd edib ki, 2010-2011-ci tədris ilində universitetdə 1479 tələbə təhsil alıb, tədrisin keyfiyyəti əvvəlki illərə nisbətən artıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev icra başçısının təbrikini gənclərə çatdırdı, ölkənin hər yerində bilikli, qabiliyyətli gənc kadrlara ehtiyac olduğunu söylədi və əmin olduğunu bildirdi ki, məzunlar etimadı şərəflə doğruldacaqlar.
Universitetin müəllimi, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı məzunlara doğma ali məktəbin adını daim uca tutmağı arzuladı.
Şəhər Ağsaqqallar Şurası sədrinin müavini, universitet valideynlər şurasının sədri Sərhəd Məmmədov məzunları müstəqil Azərbaycanın sabahkı qurucuları adlandırdı və əminlik ifadə etdi ki, onlar ümummilli lider Heydər Əliyevin ideyalarına daim sadiq qalacaqlar. Valideyn Heybət Mirzəyev bugünkü sevincdən ona da pay düşdüyünü, bir övladının bu ali məktəbi bitirdiyini bildirdi.
Məzunlar adından Şəfa Bağırova və Seymur Murtuzayev ürək sözlərini soylədilər. Harada fəaliyyət göstərəcəklərindən asılı olmayaraq, doğma ali təhsil ocağının və müəllimlərinin adını həmişə uca tutacaqlarını vurğuladılar.
Qeyd edildi ki, universitetin professor-müəllim heyəti və tələbə kollektivi ulu öndər Heydər Əliyevin "Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla yanaşı, həm də bölgənin böyük mədəniyyət mərkəzinə çevrilməlidir" tövsiyəsini rəhbər tutaraq, qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirir. Həmçinin bildirildi ki, universitetdə ilk buraxılış 1997-ci ildə olmuşdur. Ötən dövr ərzində buranı 5 minə yaxın gənc bitirmişdir. Məzunlar arasında elmi dərəcə alanlar, müxtəlif məsul vəzifələrdə işləyənlər vardır.
Sonra magistr və bakalavr pilləsini fərqlənmə ilə bitirmiş məzunlara diplomlar, universitetin ictimai həyatında, respublika və beynəlxalq müsabiqələrdə, həmçinin idman yarışlarında fəal iştirak edənlərin bir qrupuna fəxri fərmanlar verildi.
Sonda ali təhsil ocağının bədii yaradıcılıq qrupları çıxış etdilər.
Tədbirdə rayonun təhsil, mədəniyyət müəssisələrinin, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müharibə və əmək veteranları iştirak edirdilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında