Oman Diplomatik İnstitutunun Baş direktoru Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

Oman Diplomatik İnstitutunun Baş direktoru Əhməd bin Səlim Baomar və birinci katibi İsa Saleh Əl Şeyba Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşlar. Xarici işlər nazirinin müavini rektor Hafiz Paşayev ilə görüşdə iki qurum arasında tədris sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
ADA-dan bildirmişlər ki, qonaqlar xarici işlər nazirinin müavini Xələf Xələfov, akademiyanın xarici siyasət proqramının direktoru Fariz İsmayılzadə, tələbə qəbulu departamentinin direktoru Janis Ostin, akademik və peşəkar ingilis dili proqramının direktoru Vəfa Kazdal və akademik işlər üzrə dekan müavini Anar Vəliyev ilə də görüşmüşlər.
Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirən Əhməd bin Səlim Baomar bildirmişdir ki, görüşlər hər iki tərəf üçün maraqlı olmuşdur. O demişdir: "Sizin xarici siyasət proqramının 6 aya qədər müddətə təşkil olunması və yüksək səviyyədə aparılması, həmçinin ADA-da ayrıca magistratura təhsilinin olması bizdə maraq oyatmışdır. Çünki Oman Diplomatik İnstitutunda kurslar daha qısadır və 3 ay davam edir. Azərbaycan tərəfi də bizim 19 illik təcrübəmizdən bəhrələnmişdir. Omanda biz xarici ölkəyə göndərilən diplomatların xanımları üçün ayrıca təlimlər keçiririk. Onlara Omanın tarixi, mədəniyyəti haqqında məlumat veririk ki, diplomatların yoldaşları ölkəni daha yaxşı təbliğ etsinlər. Bu işlərdə Azərbaycan Omanın təcrübəsindən nə isə öyrənə bilər".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında