Dünən tələbə - bu gün tibb işçisi

Uzun illərdən bəri ölkəmizin səhiyyə müəssisələri üçün orta ixtisaslı kadrlar hazırlayan 2 saylı Bakı Baza Tibb Kolleci məzunların növbəti dəstəsini xalqımızın xidmətinə yola saldı. Bu münasibətlə təhsil ocağında təntənəli məzun günü keçirildi.
Mərasimi giriş sözü ilə açan Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva məzunları arzularına çatıb orta tibb işçisi ixtisasına yiyələnmələri münasibətilə təbrik etdi, onlara uğurlu fəaliyyət arzuladı. O bildirdi ki, uzun illərdən bəri məktəbin hazırladığı on minlərlə kadr ölkəmizdə və ondan kənarda insanların sağlamlığı keşiyində dayanır. Onların xoş sorağı təhsil ocağında haqlı öyünc yaradır, kadr hazırlığını daim yaxşılaşdırmağa stimul verir. Tibb Kollecinin ənənələri, yüksək təcrübəsi və nüfuzu həmişə məzunların yolunda yaşıl işıq yandırır. Bu isə onlarda peşə şərəfini uca tutmaq məsuliyyəti yaradır.
Sonra Tibb Kollecini feldşer, stomatoloq, tibb bacısı, laborant ixtisasları üzrə bitirmiş məzunlar peşə andı içərək həmişə, hər yerdə xəstələrə lazımi yardım göstərmək borcunu üzərlərinə götürdülər.
Sonra məzun gününün iştirakçıları Tibb Kollecinin tarixindən, uğurlarından bəhs edən filmə baxdılar. Mərasimin bədii hissəsində məktəbin bədii özfəaliyyət kollektivinin üzvləri müəllimləri, tələbə yoldaşları, qonaqlar qarşısında istedad və məharətlərini göstərdilər. Yüksək əhval yaradan çal-çağır məzunlara verilən xeyir-dua kimi yaddaşlara həmişəlik yazıldı.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında