Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Fransanın Milli Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Sazişi EİF-in icraçı direktoru Elçin Babayev və CNRS-in Rusiya və MDB ölkələri üzrə Regional Bürosunun direktoru Vladimir Mayer imzalamışlar. Sazişin əsas məqsədi Azərbaycan və Fransa arasında ənənəvi dostluq, əməkdaşlıq münasibətləri çərçivəsində elmi tədqiqatlar sahəsində qarşılıqlı əlaqələri gücləndirməkdən və hər iki ölkədə elmin inkişafına yeni imkanlar yaratmaqdan ibarətdir. Həmçinin, Sazişdə Azərbaycan və Fransada fəaliyyət göstərən elmi tədqiqatçılar arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, dərinləşdirilməsi, mövcud elmi-texniki potensialdan birgə istifadəyə imkan yaradılması nəzərdə tutulur.
E.Babayev Fond haqqında məlumat verərək bildirmişdir ki, EİF 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmışdır. Fond ötən il iki qrant müsabiqəsi təşkil etmiş və hazırda elmi-tədqiqat layihələrinin icrasına başlanılmışdır. EİF-in məqsədi ölkəmizdə elmi-texniki potensialı qorumaq, inkişaf etdirmək, mühüm sosial problemlərin həllində elm və texnikanın rolunu yüksəltməkdir.
V.Mayer Sazişin iki ölkə arasında elm sahəsində əməkdaşlığın genişləndirilməsi baxımdan əhəmiyyət kəsb etdiyini vurğulamışdır. CNRS haqqında məlumat verən V.Mayer bildirmişdir ki, təşkilat 1939-cu ildə yaradılmışdır. Təşkilatın tərkibində 10 institut və 200 laboratoriya fəaliyyət göstərir. CNRS Fransanın fundamental-tətbiqi tədqiqatlar sahəsində ixtisaslaşmış dövlət orqanlarını özündə birləşdirir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov CNRS kimi nüfuzlu təşkilatla əməkdaşlıq etməyi böyük nailiyyət hesab etmişdir. Sazişin hər iki tərəfin alimləri üçün faydalı olacağına ümidvar olduğunu bildirmişdir.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında