Cənubi Amerika ölkələrindən olan diplomatlar Azərbaycan Diplomatik Akademiyasının sertifikatlarını almışlar

İyunun 24-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Cənubi Amerika və Karib Adaları diplomatları üçün keçirilən təlim kursu başa çatmışdır. 
On gün ərzində diplomatlara Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, bölgənin gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələr oxunmuşdur.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev kursların bitməsi münasibətilə diplomatları təbrik edərək onlara sertifikatları təqdim etmişdir. Rektor qonaqların dərslərlə yanaşı, Bakı və regionlarda yerləşən tarixi-mədəni mərkəzləri də ziyarət etdiklərini xatırlatmışdır. O, Azərbaycanda müşayiət etdikləri bütün reallıqların xarici dinləyicilərin peşəkar fəaliyyətində fayda verəcəyinə ümidvar olduğunu demişdir.
Təlimlərdə Venesuela, Nikaraqua, Honduras, Boliviya, Kolumbiya, Ekvador, Yamayka, Dominikan Respublikası olmaqla, ümumilikdə 14 Cənubi Amerika və Karib Adaları ölkələrinin diplomatları iştirak etmişlər. Diplomatlara ADA-nın, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərs demişlər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı xüsusi təqdimat da keçirilmişdir.
Təlim çərçivəsində diplomatlar Qubada, Qobustanda, Atəşgahda, Bibiheybət məscidində, müxtəlif mədəniyyət ocaqlarında, muzeylərdə olmuşlar.
Tədbirin sonunda xalq artisti Mənsum İbrahimovun şagirdləri muğam sənətinin incilərini ifa etmişlər.
Azərbaycan Diplomatik Akademiyası bu il Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi istiqamətində daha bir neçə proqram reallaşdırmaq niyyətindədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında