"Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda keçirilən beynəlxalq konfransın işinə Gəncədə yekun vurulmuşdur

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda I Beynəlxalq elmi konfrans mayın 6-da Gəncədə öz işinə yekun vurmuşdur.
Konfrans iştirakçıları öncə dahi rəhbərin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymaqla xatirəsinə ehtiramlarını göstərmişlər.
Bakı Slavyan Universiteti, Naxçıvan və Gəncə dövlət universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın yekun iclasını giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov qonaqları salamlamış, Gəncə və onun tarixi haqqında, eləcə də rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat vermişdir.
Bakı Slavyan Universitetinin prorektoru Məmməd Əliyev Rusiya, Fransa, Litva, Misir, Gürcüstan və digər ölkələrdən gəlmiş alim və tədqiqatçıları konfrans iştirakçılarına təqdim etdikdən sonra Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun "Azərbaycan məsələsi-strategiya və taktika", dosent Elmira Heydərovanın "Müasir cəmiyyətdə rus dilinin yeri" mövzularında məruzələri dinlənilmişdir.
Sonra söz Azərbaycan xalqının böyük dostu, görkəmli alim və tədqiqatçı, kulturologiya elmləri doktoru, Rusiya Yazıçılar İttifaqının üzvü, "Qarabağ həqiqətləri" kitabının müəllifi, akademik Yuri Pompeyevə verilmişdir. Görkəmli alim Azərbaycanla əlaqələrindən, kitab üzərində apardığı yaradıcılıq işlərindən, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gördüyü işlərdən danışmış, kitabın bir neçə nüsxəsini Gəncə Dövlət Universitetinə hədiyyə etmişdir. Universitetin rektoru Elman Məmmədov bu il 70 illiyini qeyd edəcək bu ali təhsil ocağının elmi şurasının qərarı ilə Yuri Pompeyevin "Yubiley medalı" ilə təltif olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırmış və medalı alqış sədaları altında sahibinə təqdim etmişdir.
Konfransda Moskva Linqivistika Universitetində Azərbaycan dilinin tədrisi ilə məşğul olan Bella Musayevanın çıxışı da maraqla qarşılanmışdır. O, işlədiyi mötəbər universitetdə Azərbaycanın adət və ənənələrinin təbliği sahəsində həyata keçirilən tədbirlərdən danışdıqdan sonra, bu sahədə görülən işlərə dair videolent nümayiş etdirilmişdir. Moskva Linqivistika Universitetinin tələbəsi Olqa Kuraç Azərbaycan dilində "Ana və poçtalyon" şeirini söyləmişdir.
Litvalı alim Vidas Kavaliaukas Azərbaycan-Litva mədəni əlaqələrinin inkişafından danışmış, bu əlaqələrin genişləndirilməsi istiqamətində apardığı tədqiqat işlərinin nəticələri barədə ətraflı məlumat vermişdir. Natiq Azərbaycanın müstəqillik illərində keçdiyi çətin və şərəfli yoldan danışarkən bu yolun Litva ilə eyni olduğunu videoçarxın köməkliyi ilə konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Rusiyalı tərcüməçi-şair Alla Axundovanın Naxçıvana səfəri və bu səfər zamanı apardığı araşdırmalar nəticəsində gəldiyi ümumi fikirlər də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və müzakirələrə səbəb olmuşdur.
Konfransın işinə yekun vuran Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışmış, beynəlxalq konfransın xarici qonaqlarına Gəncənin tarixini əks etdirən xatirə hədiyyələri təqdim etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında