"Rəsul Rza ənənələri və çağdaş ədəbi proses" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir

M.F.Axundzadə adına Milli kitabxanada xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə əlaqədar "Rəsul Rza ənənələri və çağdaş ədəbi proses" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin tənqid və publisistika bölməsinin və Gənc Yazarlar və Sənətçilər Qurumunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri qurumun sədri Aydın Xan (Əbilov) açaraq, dövlətimizin başçısı İlham Əliyevin məlum sərəncamı ilə bağlı XX əsr milli poeziyamızın görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində təntənə ilə qeyd edildiyini vurğulamışdır.
Ziyalıların, tanınmış filoloq alimlərin, ali təhsil ocaqları tələbələrinin iştirakı ilə keçirilən tədbirdə tənqidçi Bəsti Əlibəyli "Rəsul Rza Azərbaycan ədəbiyyatında modern məktəbin banisidir" mövzusunda məruzə etmişdir. Məruzədə Rəsul Rza ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən novator şair, dilimizin dövlət dili olmasına çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük şəxsiyyət kimi səciyyələndirilmişdir. Vurğulanmışdır ki, türkdilli xalqların şeirlərinin Azərbaycana gətirilməsində, ölkəmizdə Nəsiminin gerçək obrazının yaradılmasında şairin əvəzsiz xidmətləri olmuşdur.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, 60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri xeyli güclənmişdir. Məsələn, "Rənglər" (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da ("Dünən, bu gün, sabah" (1973), "Güneylər, quzeylər" (1977), "Üzü küləyə" (1979) kitabları) əsas mövzusu olmuşdur.
Şairlə bağlı xatirələrini bölüşən şair Oqtay Rza yubilyara həsr etdiyi şeirini oxumuşdur.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ailə üzvləri adından Azərbaycan Prezidentinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında