"Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycanın proqressiv inkişaf modelidir" mövzusunda elmi-praktiki konfrans

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Suraxanı Rayon İcra Hakimiyyəti Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycanın proqressiv inkişaf modelidir" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, Suraxanı rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkı ilə tanış olmuş, ulu öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, abidənin önünə gül qoymuşlar.
Heydər Əliyev Mərkəzi ilə tanış olan konfrans iştirakçıları burada mərkəzin sifarişi əsasında hazırlanmış "Əyilməz iradə", "Xilaskar", "Millət atası" filmlərinə baxmışlar.
Daha sonra mərkəzin elektron-lektoriya zalında keçirilən elmi-praktiki konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə millətə, xalqa, dövlətə xidmət amalı üzərində quraraq milli xilaskar və qurucu rəhbər kimi ümummilli liderlik zirvəsinə yüksəldi.Müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün göstərdiyi qətiyyət və prinsipiallıq onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi. Ulu öndər 1993-cü ilin iyununda çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu.Ulu öndərimiz malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına verdi, məsuliyyətdən çəkinmədi...
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov "Heydər Əliyevin dövlətçilik və idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir" adlı əsas məruzə ilə şıxış etmişdir. Professor S.Qəndilov xüsusi vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi, tükənməz bir xəzinədir. İllər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnəcəklər. Ulu öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Bütün bunlar dünya təcrübəsi üçün də faydalı olduğundan beynəlxalq əhəmiyyətə malik çox zəngin bir sərvətdir. Biz bununla fəxr etməklə yanaşı, qoruyub saxlamalı və daim bu sərvətdən bəhrələnməliyik.Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb formalaşdırılmışdır. Fərəhli haldır ki, dövlət idarəçilik sistemimiz üçün xeyli qabiliyyətli və həm də milli ruhlu kadrlarımız hazırlanmışdır.
Konfransda Dövlət İdarəçilik Akademiyasının İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, professor Azad Abbaszadə, "Dövlət idarəetməsi və menecment" kafedrasının müdiri, iqtisad elmləri namizədi, dosent Eldar Azadov , "Dövlət idarəetməsi və menecment" kafedrasının dosenti İnşallah Qafarov, "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının baş müəllimi, fəlsəfə doktoru Eldar Aslanov məruzələrlə çıxış etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında