Görkəmli tədqiqatçı alim Rafael Hüseynovun əfsanəvi "Mixaylo"ya həsr etdiyi "İki xalqın övladı" kitabı Azərbaycan, ingilis və sloven dillərində nəşr olunmuşdur

Görkəmli tədqiqatçı alim, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatından və qəhrəmanlıqla dolu döyüş yolundan bəhs edən "İki xalqın övladı" kitabı Azərbaycan, ingilis və sloven dillərində çapdan çıxmışdır.  
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən nəfis şəkildə nəşr olunmuş kitabda Azərbaycan və Sloveniya xalqlarının qəhrəman oğlu, 1944-cü il noyabrın 2-də, ömrünün 26-cı ilində Sloveniyanın faşistlərdən azad edilməsi uğrunda qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadənin (Mixaylo) mənalı həyat və döyüş yolundan arxiv materiallarının, əfsanəvi qəhrəmanın uşaqlıq, gənclik çağlarına və müharibə illərindəki şücaətinə işıq salan fotoşəkillərin müşayiəti ilə həzin duyğularla söhbət açılır.
Görkəmli şəxsiyyətlərin portret cizgilərini əlahəzrət sözün gücü ilə özünəməxsus ustalıqla canlandıqmaq sahəsində zəngin təcrübəyə malik olan Rafael Hüseynov bu kitabında da elmi axtarışlara əsaslanan yaradıcılıq ənənəsinə sadiq qalaraq Azərbaycanın igid oğlunun əfsanəvi obrazını ingilis, sloven və Azərbaycandilli oxuculara məharətlə təqdim edə bilmişdir.
Kitabı vərəqlədikcə əfsanəvi Mixaylonun uşaqlıq, gənclik illərindən, İkinci Dünya müharibəsində ölçüyəgəlməz qəhrəmanlığından, xüsusilə özünə ikinci vətən hesab etdiyi Sloveniyanın alman-faşist işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyindən bəhs edən cansız arxiv sənədlərinin hər kəlməsinə, fotoşəkillərin hər nüsxəsinə sözün ilahi gücü ilə necə böyük ustalıqla yeni həyat verilməsinə heyrətlənməyə bilmirsən. Cəmi 26 il ömür yaşamış əfsanəvi qəhrəmanın zəngin tərcümeyi-halının, xüsusilə "artist Mehdi Hüseynzadənin", "rəssam Mehdi Hüseynzadənin", "şair Mehdi Hüseynzadənin", "kəşfiyyatçı Mehdi Hüseynzadənin" avtobioqrafiyasının hər bir detalını, ştirixini dərin məna çalarları ilə oxuculara çatdırmağa nail olan müəllif qəhrəmanının "iki xalqın övladı" olduğunu faktların və sənədlərin dili ilə sübut edə bilmişdir.
Faşistlərə qan uddurması ilə ad-san qazanmış Mehdi Hüseynzadənin kitabda yer alan əlyazmaları, o cümlədən şeirləri, rəsm nümunələri, cəbhədən doğmalarına ünvanladığı məktubların orjinalları ilə tanış olan ingilis, sloveniyalı və azərbaycanlı oxucuların gözləri önündə, eyni zamanda, əfsanəfi Mixaylonun, həssas, incə qəlbli, şair təbli, humanist obrazı canlanır.
Kitabda əfsanəvi qəhrəmanın döyüş yoldaşlarının, görkəmli ictimai, siyasi xadimlərin, elm, mədəniyyət, incəsənət adamlarının, xüsusilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mehdi Hüseynzadə haqqında fikirlərinin üç dildə öz əksini tapması bu nəşrin əhəmiyyətini qat-qat artırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında