1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

Bakı Dövlət Universitetində (BDU) 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini bildirmişlər. Bu müharibədə tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan bəhs edən natiqlər faşizmə qarşı vuruşlarda qəhrəmanlıqlar göstərmiş azərbaycanlıların yüksək fəxri adlara layiq görüldüklərini diqqətə çatdırmışlar.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayaraq, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirmişlər.
Konfransda əlamətdar gün münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranlarına mükafatlar təqdim olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında