“Təhsil və təlimdə təqdimat texnologiyası” mövzusunda silsilə tədbirlər

BDU-nun Mətbuat və informasiya şöbəsindən aldığımız xəbərə görə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Yevlax və Göyçay rayonlarının Heydər Əliyev Mərkəzlərində, eləcə də Ağdaş Bilik Evinin fəaliyyət göstərdiyi yerli Heydər Əliyev Mərkəzində orta məktəb, gimnaziya və lisey müəllimləri qarşısında “Təhsildə və təlimdə təqdimat texnologiyası” mövzusunda mühazirələrlə çıxış edib.

Yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və Bilik Fondunun rayon nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə gənc müəllimlərə yeni təlim texnologiyalarının üstünlüyündən bəhs edilib. Bildirilib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatların fonunda təlimin keyfiyyətinin artırılması məqsədilə innovativ təlim metodları və texnologiyalarının tətbiqi olduqca zəruridir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş Strateji Yol Xəritəsində təhsilin informasiyalaşması, təhsildə müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı mühüm məqamların qeyd olunduğunu nəzərə alaraq, gənc müəllimlər bu sahədə xüsusilə fəal olmalıdırlar.

Vüqar Zifəroğlu iştirakçılara yeni təlim texnologiyalarının tətbiqi qaydaları, faydaları və onlardan istifadə mexanizmi haqqında ətraflı məlumat verib. Diskussiya mühitində keçirilən görüşdə müəllimlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında