“Milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans

science.gov.az-dan verilən məlumata görə iyulun 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dünya şöhrətli yazıçı Çingiz Aytmatovun 90 illiyinə həsr olunan “Çingiz Aytmatov: milliliklə bəşəriliyi birləşdirən fenomen” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkil etdiyi Çingiz Aytmatovun kitab və fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkənli qırğız yazıçısının zəngin yaradıcılığından bəhs edib. Bildirilib ki, Çingiz Aytmatov Azərbaycanda sevilən, əsərləri daim dilimizə tərcümə olunaraq müxtəlif nəşriyyatlarda dəfələrlə çapdan çıxan nadir yazıçılardandır.

Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun dünya miqyaslı şəxsiyyət olduğunu vurğulayan İ.Həbibbəyli diqqətə çatdırıb ki, yazıçı istər qırğız, istərsə də rus dilində bədii ədəbiyyatın ən gözəl nümunələrini yaradıb...

 

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında