“Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı barədə

science.gov.az –dan verilən məlumata əsasən "Azərkitab" Kitab Təbliğatı Mərkəzində AMEA İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Efendiyevin “Demoqrafiya” adlı dərs vəsaitinin təqdimatı olub.

Tədbirdə AMEA, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər  qurumların əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova ictimaiyyətə təqdim olunan yeni nəşrin əhəmiyyətindən bəhs edib. Bildirib ki, dərs vəsaitində əhalinin qeydiyyatı və sayı, təbii artım komponentləri, demoqrafik tərkibi, əhalinin strukturunun müqayisəsi üçün analoqların seçilməsi, demoqrafik keçid nəzəriyyəsi, nikahlılıq və boşanma, əhalinin miqrasiyası, demoqrafik proqnoz və digər məsələlər əksini tapıb.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında