“Alimlər şəhərciyi”nə elektron müraciət imkanı yaradılıb

science.gov.az – dan verilən məlumata əsasən Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə elm və təhsil işçiləri üçün kooperativ binanın tikinti işləri uğurla davam etdirilir.

"Science City" yaşayış kompleksi mənzərəli, ekoloji təmiz məkanda ev sahibi olmaq istəyənlərə müraciət üçün yeni imkan yaradıb. Belə ki, “Alimlər şəhərciyi”nə www.sciencecity.az – saytı vasitəsi ilə elektron müraciət etmək olar.

Qeyd edək ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək. Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadə və şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə  təchiz olunması nəzərdə tutulur.

 

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında