UTECA Türkiyənin Boğaziçi Universiteti ilə birgə layihəyə başlayır

Azərbaycan Texnologiya Universiteti (UTECA) tədrisin səviyyəsinin müasir standartlara uyğunlaşdırılması məqsədilə növbəti beynəlxalq əməkdaşlığa başlayır. Universitetin Mətbuat xidmətindən aldığımız məlumata görə, UTECA hazırda Türkiyənin Boğaziçi Universiteti ilə birgə layihə üzərində işləyir.

İyunun 29-da Boğaziçi Universitetinin Ömürböyu yaşam mərkəzinin nümayəndələri UTECA-da olublar. UTECA-nın rektoru, professor Akif Süleymanov  qonaqları səmimiyyətlə salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə qida, yüngül sənaye, logistika, metallurgiya və İKT üzrə  müasir standartlara cavab verən kadrlar hazırlanır. Mütəxəssis hazırlığında ilk növbədə ölkənin iqtisadi tələbatının nəzərə alındığını vurğulayan rektor gələcəkdə hərbi, tibbi, kosmik sahələr üzrə də mühəndis və texnoloqların yetişdirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.

Layihənin detallarının müzakirəsi zamanı Boğaziçi Universitetinin nümayəndələri Söner Şahan və İşıl Keskin Şahan bildiriblər ki, bu əməkdaşlıq Azərbaycan universitetləri üçün ilk hesab edilir və reallaşdırılması üçün məhz UTECA-nın seçilməsi heç də təsadüfi deyil. Bildirilib ki, layihə çərçivəsində tələbə, müəllim və professor heyəti müxtəlif təlimlərə cəlb ediləcək. Bundan başqa UTECA-da beynəlxalq akkreditasiyalı xüsusi mərkəz yaradılacaq. Hazırlıq keçən kadrlara xüsusi sertifikatlar veriləcək. Mühəndislik, turizm və sair ixtisaslar üzrə beynəlxalq sertifikatları tək UTECA-nın tələbələri deyil, istənilən müvafiq ixtisaslı kadrlar da əldə edə biləcəklər. Qeyd olunanlarda əsas məqsəd kadların təcrübəsini qiymətləndirmək, onların iş tapmaq imkanlarını daha da genişləndirməkdir. Müzakirələr nəticəsində layihənin həyata keçirilməsinin sürətləndirmək üçün tezliklə işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında