ATMU inkişaf tendensiyalı planların icrasında maraqlıdır

     Azərbaycan Turizm və Menecment Universitetində Qazaxıstan Respublikasının Mədəniyyət və İdman nazirinin müavini xanım Maynura Murzamadiyeva ilə görüş keçirilib. ATMU-nun Tədris işləri üzrə prorektoru İranə xanım Əliyeva hörmətli qonağa  universitetin yaranma tarixi, tədris prosesinin təşkli, mövcud beynəlxalq əlaqələr sferasında inkişaf tendensiyalı planlar barədə məlumat verib.

Universitetin mətbuat xidmətindən bildirilib ki, İ.Əliyeva ilə M.Murzamadiyevanın görüşündə iki ölkənin ali təhsil müəssisələri  arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi məsələsinə  xüsusi önəm verilib.  Görüşün digər iştirakçıları--turizm və qonaqpərvərlik fakültəsinin dekan əvəzi Bahadur Bilalov, mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və biznes idarəçiliyi fakultəsinin dekanı Anar Mirzəyev isə rəhbəri olduqları strukturların fəaliyyətindən danışıblar.

 Görüş universitetə daxili tur və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında