Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan cənab İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir. Bu fikirləri Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” adlı elmi-praktiki konfransda səsləndirib. Bu barədə Azrbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsini qeyd edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlamış hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu bildirib. O qeyd edib ki, ulu öndər Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrilib.

Vurğulanıb ki,  bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Bu uğurların qazanılması ordu quruculuğuna Ali Baş Komandan cənab İlham Əliyevin diqqətinin nəticəsidir.

Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və tarix elmləri doktoru, dosent Mehman Süleymanov qeyd ediblər ki, Cümhuriyyət dövründə yaranan ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğrulda bilib.

Daha sonra Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar tədbir iştirakçılarına təqdim edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında