“Naxçıvan” Univerisitetində “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum keçirilib

           NUHÇIXAN-dan verilən məlumata görə, forumda vurğulanıb ki,  Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla bağlı Naxçıvanda mühüm tədbirlər həyata keçirilib. Belə ki, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi,  üzərində loqotip əks olunmuş döş nişanları, müxtəlif konfransların materialları, Naxçıvandakı türk islam mədəniyyəti abidələri ilə bağlı kitablar, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan- 2018” loqotipinin tanıtım videoçarxı, televiziya filmləri və s. hazırlanıb.  Sonra “İslam dininin milli-mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər”  “Qurban bayramının əhəmiyyəti” “İslam həmrəyliyinin dini bayramlarımızda təzahürü”  “Naxçıvan alimlərinin əsərlərində Ramazan və Qurban bayramlarına verilən dəyərlər”, “Ramazan bayramının cəmiyyət üçün faydaları” mövzularındakı çıxışlar dinlənilib.

Forumda “Naxçıvan” Universitetinin “Dinşünaslıq” ixtisasının tələbələrinin sualları da cavablandırılıb.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında