Azərbaycanlı məktəblilər Türkiyədə keçirilən olimpiyadada böyük uğura imza atıblar

Türkiyənin İzmir şəhərində "OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçirilib. Dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçının 60 layihə ilə qatıldığı tədbirdə ölkəmizi 3 qrup nümayəndə heyəti təmsil edib.

www.science.gov.az saytı yazır ki, müsabiqənin biologiya kateqoriyası üzrə Avropa-Azərbaycan məktəbinin 10-cu sinif IB kurrikulumu üzrə təhsil alan Ülvi Cabbarov və Fuad Xasıyev (elmi rəhbər Elvin Abdullayev) qızıl, həmin məktəbin 10-cu sinif şagirdləri - Samir Məmmədov, Yasəmən Həsənzadə (elmi rəhbər Mələk Əzizova) və Nizami rayonu 251 saylı orta məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov (elmi rəhbər AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev) bürünc medala layiq görülüblər.

Final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində olmaqla 5 dəqiqə poster, 12 dəqiqəlik slaytla şifahi təqdimatdan ibarət olub. Qiymətləndirmədə hər kateqoriya üzrə 4 beynəlxalq ekspert iştirak edib. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, eləcə də məktəblilər ekspertlərin suallarını cavablandırıblar.

Yekunda qaliblərə diplom, medal və xatirə hədiyələri, bütün iştirakçılara isə sertifikat təqdim olunub.

 

                                                          Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında