II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ), Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Narınc Uşaq Psixologiya Mərkəzinin (NUPM) birgə təşkilatçılığı ilə II Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı keçirilib. Konfransda AMEA GAMŞ, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və bir sıra özəl psixoloji və nitq inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.

www.science.gov.az saytının məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, AMEA GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov və digərləri çıxış edərək mövzunun əhəmiyyətindən danışıblar. Bildirilib ki, konfrans son zamanlar ölkəmizdə və dünyada aktual olan ailə və uşaq psixologiyası sahəsindəki problemlərin müxtəlif aspektdən müzakirəsini daha böyük miqyasda təmin etmək baxımından önəmlidir.

İki gün davam edən konfransda NUPM-in rəhbəri, psixoloq Narınc Rüstəmovanın "Uşaqlarımızı böyüdərkən etdiyimiz səhvlər", türkiyəli psixoloqlar - Demet Bozokun "Uşaq şəkil analizi təhsili", Mehmet Ongunun "Autizmli uşaqlarda dil və nitq terapiyası", Tanju Ekincinin "Ailə münasibətlərində qarşıdurmalar və onların həll yolları" və Oytun Erbaşın "Sevgi və əlaqə nevrologiyası" mövzusunda məruzələri dinlənilib.

               Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında