ADNSU-da Lazer Mərkəzinin təqdimat mərasimi

asoiu.edu.az –dan verilən məlumata əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Lazer Mərkəzinin təqdimat mərasimi keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, yerli və xarici şirkət rəhbərləri, universitetin professor-müəllim heyəti, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına Lazer Mərkəzində görülən işlər haqqında danışan ADNSU-nun rektoru, professor Mustafa Babanlı lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında qısa məlumat verib. O, yeyilmiş səthləri bərpa etmək üçün nəzərdə tutulan lazer başlıqlarının neft və yüngül sənayedə, eləcə də kənd təsərrüfatında avadanlıqların bərpası üçün istifadə oluna biləcəyini qeyd edib.

Lazer Mərkəzinin ilkin mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsinin nəzərdə tutulduğunu deyən rektor kadr hazırlığını təmin etmək məqsədilə bu ildən ADNSU-da “Təkrar emal və bərpa texnologiyası” ixtisasının tədris olunduğunu və indiyədək 15 nəfər mütəxəssisin hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə Lazer Mərkəzinin direktoru, t.e.d. Xudaverdi Kərimov mərkəzin fəaliyyəti haqqında təqdimatla çıxış edib. “Lazer şüalanma ilə hissələrin səthi emalı (Örtükçəkmə və bərkitmə)” adlı təqdimatda o, lazerlə örtükçəkmənin prinsipi, üstünlükləri, bərkitmənin prinsipi və s. haqqında məlumat verib.

Sonra Lazer Mərkəzindəki iş prosesinin monitor vasitəsilə canlı translyasiyası həyata keçirilib.

Tədbirin rəsmi hissəsindən sonra şirkət nümayəndələri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, ADNSU-nun Lazer Mərkəzinin açılışı 2017-ci ilin iyun ayında baş tutub. Buranın  təhsil mərkəzi kimi fəaliyyəti ilə yanaşı lazımi nəzəri baza və biliklərə yiyələndikdən sonra iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması nəzərdə tutulub.

 

                                                                     İsaq Əmənullayev
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında