Bu ixtisaslara qəbul olan abituriyentlərə 200 manat əlavə təqaüd veriləcək

Aqrar yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüd veriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib.

Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.

Bu gün qeyri-neft sektoru olaraq aqrar sahənin inkişafı və bunun üçün bazar rə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­n əsas prioritetlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik, meliorasiya və su təsərrüfatı, tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək.

Aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavə abituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxana da vəd edir.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında