İqtisadiyyat İnstitutu gənc tədqiqatçılar arasında elmi məqalə müsabiqəsi keçirir

AMEA-nın İqtisadiyyat İnstitutu ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məkəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə elmi məqalə müsabiqəsi keçirir.

www.science.gov.az saytı yazır ki, müsabiqə İqtisadiyyat İnstitutunun 60 illik yubileyi çərçivəsində təşkil olunur. Məqalə müsabiqənin keçirilməsi üçün institut tərəfindən komissiya yaradılıb və məqalələrin qəbulu ilə bağlı son tarix 30 sentyabr 2018-ci il müəyyən edilib. Sonda qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunacaq:

- 1-ci yer (bir mükafat) – I dərəcəli diplom və 1500 manat;

- 2-ci yer (iki mükafat) – II dərəcəli diplom və 1000 manat;

- 3-cü yer (üç mükafat) – III dərəcəli diplom və 500 manat.

Müsabiqə 35 yaşına qədər tədqiqatçıların son 2 ildə elmi məcmuələrdə dərc edilmiş, iqtisadiyyatın müxtəlif sahələrini əks etdirən məqalələri üzrə keçirilir. Məqalələr Azərbaycan, ingilis və rus dillərində, bir və ya bir neçə müəllif tərəfindən (o cümlədən xarici həmkarlarla birlikdə) yazıla bilər. Eyni müəllif, yaxud həmmüəlliflər tərəfindən müsabiqəyə yalnız bir iş təqdim edilə bilər. Tezis şəklində çap olunmuş elmi işlər müsabiqədə iştirak edə bilməz.

Ünvan: Bakı şəh., H.Cavid prosp., 115.

Tel.: (+994 12) 537 22 78; 539 31 12; 537 22 59.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında