BDU və Jomard Publishing nəşriyyatının təsis etdiyi jurnalın yeni say

BDU-nun Mətbuat və informasiya şöbəsindən xəbər verilir ki, Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatının birgə təsis etdiyi “New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni sayı çapdan çıxıb. Jurnal kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır. Jurnalın baş redaktoru akademik Abel Məhərrəmovdur.

Jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci sayında Armando J. L. Pombeiro, Hirotaka Ihara, N.V. Kozak, Hiroki Noguchi və başqa dünyada məhşur alimlərin məqalələri çap olunub.

Jurnalın bu sayına materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil olub, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci sayına daxil edilən məqalələr də kifayət qədər tanınmış alimlərə aiddir. Jurnala daxil edilən məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir.

                                                                             İsaq Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında