ATMU-da maarifləndirmə işinin təşkili mövzusunda təlim olub

Azərbaycan Turizm və Menecment Universitetində ali təhsil müəssisəsinin Xidmət mühəndisliyi fakültəsinin  sosial iş ixtisası üzrə təhsil alan I, II və III kurs tələbələri üçün nəzərdə tutulan ”Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili” mövzusunda keçirilən ikigünlük təlim başa çatıb.

Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekanlığı,Beynalxalq münasibətlər kafedrası, o cümlədən “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilib.

Universitetin müvafiq ixtisasında təhsil alanlar üçün nəzərdə tutulan ”Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndirmə işinin təşkili”  mövzusunda iki gün davam edən təlim interaktiv şəkildə təşkil olunub. Sonda təlimdə fəal iştirak edən 60 nəfər tələbəyə sertifikat və xatirə hədiyyələri verilib.

Qeyd etməliyik ki, təlimdə “Yenu həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova, ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, beynəlxalq münasibətlər kafedrasının müdiri Kənan Allahverdiyev, müəllim Ayşəm Balayeva və tələbə kontngenti iştirak edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında