Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti Ədəbiyyat İnstitutunda olub

Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Məqsəd Azərbaycan-Çin elmi əlaqələrinin möhkəmləndirilməsi, ardıcıl birgə fəaliyyətin təşkili və müştərək layihələrin müzakirəsi idi.

www.science.gov.az saytının məlumatına görə, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son zamanlar iki ölkənin ədəbi-elmi əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutunda Çin mərkəzinin fəaliyyət göstərdiyini, Çin dilinin tədris olunduğunu və qarşılıqlı ədəbi əlaqələr istiqamətində elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu əlaqələrin miqyası daha böyük layihələrin həyata keçrilməsinə zəmin yaradır.

Daha sonra Çin Sosial Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunun əməkdaşı Vey Daouri, Fəlsəfə İnstitutunun direktor müavini Cui Veyhan, Çin Sərhəd Tədqiqatları bölməsinin rəhbəri Van İkan, Çin Milli Mədəniyyəti Araşdırmaları mərkəzinin rəhbəri Li Xı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin-Azərbaycan əlaqələri üzrə kordinatoru Aqşin Əliyev və başqaları çıxış ediblər.

Görüşdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin yaradılması qərara alınıb.

Sonda qonaqlar institutun Çin mərkəzinə baxış keçiriblər.

                                                             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında