ADNSU-nun rektoru İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin əməkdaşları ilə görüşdü

Moderator.az dan verilən məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri Viktor Bariudin ilə görüşüb.

ADNSU-da son vaxtlar həyata keçirilən islahatlardan danışan rektor, professor Mustafa Babanlı tədris prosesi, beynəlxalq əlaqələr, startap layihələri və s. haqqında məlumat verib. ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu deyən rektor Mustafa Babanlı universitetə dəvətli professorların cəlb olunması, mübadilə proqramları istiqamətindəki fəaliyyət, ingilis dilində təhsil, bakalavr, magistratura və doktorantura səviyyələrinə qəbul və s. haqqında qonağa məlumat verib.

İsrailin Energetika və Su Ehtiyatları Nazirliyinin mühəndis müfəttişliyi şöbəsinin rəhbəri, eyni zamanda ADNSU-nun məzunu Viktor Bariudin səmimi qəbula görə rektor, prof. Mustafa Babanlıya təşəkkür edib. ADNSU-nun böyük ənənələrə malik ali məktəb olduğunu deyən Viktor Bariudin təmsil etdiyi qurumun əməkdaşlarının kvalifikasiyalarını artırmaq üçün ADNSU-ya treninqə göndərilməsini təklif edib. Viktor Bariudin həmçinin Kompüter elmləri üzrə də birgə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

                                                          İ.Əmənullayev
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında