Nəzəri fizika üzrə Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb

Hər il iki fizik-nəzəriyyəçiyə təqdim olunan İsaak Pomerançuk mükafatı laureatlarının adları açıqlanıb. Bu il mükafata İtaliyanın Sapiyensa Universitetinin professoru Corcio Parizi və Rusiya Elmlər Akademiyasının Fizika Problemləri İnstitutunun professoru Lev Pitayevskiy layiq görülüblər.

www.news.rambler.ru saytı yazır ki, sözügedən mükafat professor C.Pariziyə kvant sahə nəzəriyyəsi, statistik mexanika və elementar zərrəciklər nəzəriyyəsi sahəsində əldə etdiyi elmi əhəmiyyətli nəticələrə, professor L.Pitayevskiyə isə alçaq temperaturlu fizika, plazma fizikası, kondensə olunmuş hal fizikası da daxil olmaqla, müasir nəzəri fizika sahəsinə verdiyi töhfələrə görə təqdim olunub.

Qeyd edək ki, Pomerançuk mükafatı 1999-cü ildə görkəmli fizik-alim İsaak Yakovleviç Pomerançukun anadan olmasının 85 illiyi münasibətiylə təsis edilib. Ənənəvi olaraq mükafat hər il bir rus və bir xarici fizik-nəzəriyyəçiyə təqdim olunur.

 

 

                                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında