AXC-nin 100 illiyinə həsr edilən şeir qiraəti müsabiqəsinin qalibləri

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK), Azərbaycanda Atatürk Mərkəzi, "Müasir İnkişaf" və "Gənclərin Töhfəsi" ictimai birliklərinin təşkilatçılığı ilə keçirilən "Vətənim Azərbaycan" mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsi baş tutub.

www.science.gov.az saytının məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə "Səndən qeyri biz hamımız ölə billik!" şuarı altında keçirilib. Bakı şəhərindəki 100 məktəbdən 252 müraciət əsasında baş tutan müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagird iştirak edib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra AXC-nin qurucuları, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü çıxış edərək müsabiqənin ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi"nin keçirilməsi haqqında imzaladığı Sərəncam çərçivəsində təşkil edildiyini bildirib.

Sonra çıxış edən müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov qiraət müsabiqəsinin önəmindən danışıb. Daha sonra finalçılar “Vətənim Azərbaycan” mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər tərəfindən qiymətləndiriliblər.

I yerə Nəsimi rayonu 42 saylı orta məktəbin şagirdi Rauf Əliyev, II yerə Xətai rayonu 254 saylı orta məktəbin şagirdi Ayşə Əliyeva, III yerə isə Türk Dünyası Bakı Atatürk liseyinin şagirdi Oğuzxan Pənahlı layiq görülüblər. Qaliblər diplomla təltif edilib, noutbuk, planşet və fotoaparatla mükafatlandırıblar. Eyni zamanda bütün iştirakçılara MEK-in Mübadilə fondundan dəyərli kitablar hədiyyə olunub.

 

                      Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında