“Açıq dərs – Açıq fikir” adlı tədbir

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhər Yasamal rayonundakı M.N.Tusi adına 173 saylı orta məktəbin birgə hazırladıqları müsəlman Şərqində qurulmuş ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Açıq dərs – Açıq fikir” adlı tədbir keçirilib.

 Tədbirdə şagirdlər Cümhuriyyət dövrünün yazıçılarını  (H.Cavid, Ə.Cavad, Ü.Hacıbəyli, Ümmügülsüm, F.Köçərli, Y.Çəmənzəminli və s.) canlandıraraq, onların hazırladıqları “Cümhuriyyətin 100 illik işığında” adlı video çarx və kitab sərgisi nümayiş olunub. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli mənəvi hissləri yüksək şəkildə dəyərləndirmək, onlarda vətənpərvərlik eşqini daha da alovlandırmaq, müstəqillik, azadlıq uğrunda mücadilələri xatırladıb.

 Qeyd edək ki, “Açıq dərs”də ən fəal iştirak edən şagirdlər münsiflər heyətinin qərarı ilə diploma layiq görülmüşlər.  Açıq dərsə qiymət verən münfislər heyətinin tərkibində, AMEA- nın A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cumhuriyyəti şöbəsinin əməkdaşları, Təhsil Nazirliyi Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən nümayəndələr və tədbirdə digər qonaqlar  iştirak etmişlər.

M.NÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında