ATMU-nu tələbəsi müsabiqədə 2-ci yeri tutub

Azərbatcan Turizm və Menecment Universitetinin mətbuat xidmətindən bildiriblər ki, Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqədə iştirak üçün tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilmişdir. Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, Bank Respublika və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti göndərilən bütün yazıları təhlil etdikdən sonra müsabiqənin 3 qalibini müəyyən ediblər.

Nərmin Əsgərova I yerin -- (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası), Nigar Ömərova II yerin -- (Azərbaycan Turizm və Menecment Universiteti), Nazim Vəlixanov III yerin -- (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qalibi olub.

Bu münasibətlə keçirilən toplantıda qaliblər təbrik edilib, onlara pul mükafatı və qalibiyyət sertifikatları təqdim olunub.  

 Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qaliblərindən--universitetin tələbəsi Nigar Ömərovanı təbrik edib, gələcək həyatında, təhsil illərində ona uğurlar arzulayıb və mükafatlandırıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında