ATU tələbələri diplomaqədər müddətdə işləyə bilərlər

Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri bundan sonra elə universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsilli işçi vəzifələrində işləyə biləcəklər. Bu haqda Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib.

 Məktubda qeyd olunub ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Odur ki, Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Bununla bağlı, müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında