Sənaye və təhsil arasında boşluq minimuma endirilməlidir

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən bildiriblər ki, universitetdə Avropa İttifaqının maliyyələşdirdiyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsi olan “Milli Kvalifikasiya Çərçivəsi (MKÇ)” ilə əməkdaşlıq məqsədi ilə görüş keçirilmişdir. Görüşdə ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, ATMU-nun Biznes İdarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov, MKÇ-nin təhsil standartları və kurrikulum inkişafı üzrə ekspert Jenevyeva Makqabe, MKÇ-nin təhsil standartları və qiymətləndirmənin inkişafı üzrə meneceri Aynur Kərimova və MKÇ-nin təhsil proqramları və kurrikulumların inkişafı üzrə meneceri Mehparə Əhmadova iştirak etmişlər. 

Görüşü çıxış nitqi ilə açan elm və inkişaf məsələləri üzrə prorektor Anar Eminov ATMU-da dünya standartlarına cavab verəcək təhsil mühitinin daha da inkişaf etdirilməsi sahəsində atılan ciddi addımları sadalamışdır. Dərslərin keçirilməsi zamanı müasir texnologiyanın tədbiqi, tələbələrin biliklərinin qiymətləndirilməsi və tədris prosesinin təşkili üçün elektron sistemin inkişafı ilə bağlı qonaqlara təraflı məlumat vermişdir. Boston Modeli çərçivəsində ATMU-nun tədris planlarının dünyanın qabaqcıl ali təhsil müəssisələri ilə məsləhətli şəkildə yenidən qurulması və sənayenin tələblərinə uyğunlaşdırılması prosesinin icrası vəziyyətini məruzə etmişdir. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”-ndə  göstərilən, eyni zamanda, ATMU-nun bazasında turizm üzrə MBA proqramının yaradılması ilə bağlı işlər yekunlaşmaq üzərədir. Belə ki artıq bu ildən MBA üçün müxtəlif ixtisaslara 60 yer ayrılmışdır ki, qarşıdan gələn 2018--2019-cu tədris ilində artıq bu ixtisas üzrə tədrisin təşkili həyata keçiriləcəkdir.

ATMU-nun Biznes İdarəçiliyi fakültəsinin dekan müavini Hüseyn Həsənov qonaqlara ATMU-da tələbələrin biliklərinin qiymətləndirilməsi və ümumi təhsil standartları ilə bağlı geniş məruzə etmişdir.

Görüşdə həmçinin təhsil müəssisələri qarşısında duran mühüm və aktual məsələlərə toxunulmuşdur. Sənaye və təhsil arasında boşluğun minimuma endirilməsi, tədris prosesində sənaye ağırlıqlı tədris planlarının tədbiqi, yeni ixtisaslaşmaların yaradılması və təsdiqi prosesində sənaye ehtiyaclarının düzgün qiymətləndirilməsi və nəzərə alınması, həmçinin təhsilin müxtəlif səviyyələri arasında uyğunluq, ixtisaslaşmaların seçilməsi zamanı daha ümumidən xüsusiyə keçid prinsipinin tətbiqi ilə bağlı strateji məsələlər və planlaşdırılma prosesi qarşılıqlı müzakirə olunmuşdur.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında