ATMU-da “Təhlükəsiz qida sağlamlığın zəmanətidir” adlı təlim keçirilmişdir

“Ölkə Prezidentinin Qida Təhlükəsizliyinin təmin olunmasına dair fərmanlarına ictimai dəstək tədbirləri” çərçivəsində Azad İstehlakçılar İctimai Birliyi və Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Təhlükəsiz qida sağlamlığın zəmanətidir” adlı təlim keçirilmişdir.

ATMU-nun mətbuat xidmətindən bildirmişlər ki, təlimi giriş sözü ilə açan Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev çıxış edərək qida təhlükəsizliyinin turizm sektoru üçün əhəmiyyətindən danışmışdır. Azad İstehlakçılar İctimai Birliyinin nümayəndələri Fərrux Əsgərov və Nizami Musayev istehlakçıların qida məhsullarının təhlükəsizliyinə dair məlumat mənbələri sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində “Ərzaq məhsullarının saxlanılması ilə bağlı ticarət obyektlərinin vəzifələri”, “Qida təhlükəsizliyinin idarəedilməsi sistemi” mövzularında çıxışlar etmişlər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmışdır. Eyni zamanda, iştirakçıların istehlakçı kimi öz hüquqularından xəbərdar olmasına dair kiçik sorğu təşkil edilmişdir.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında