Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının sammitində təmsil olunub

Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (QTŞ) Moskvada keçirilmiş Ümumdünya 7-ci İllik Baş Toplantısında (sammitində) iştirak edib. Fond QTŞ-nin Kanadada 2017-ci ildə keçirilmiş 6-cı İllik Baş Toplantısında bu qurumun beynəlxalq üzvü kimi tanınıb. Fond tərəfindən bu istiqamətdə işlərə 2015-ci ildə başlanılıb və EİF həmin ildən QTŞ-nin Avropa Bölməsinin üzvü olub.

www.science.gov.az saytı yazır ki, budəfəki təşkilatçıları Rusiya Fundamental Tədqiqatlar Fondu və Koreya Milli Tədqiqat Fondu olan 7-ci İllik Baş Toplantıda elmi ekspertiza meyarları və elm diplomatiyası kimi məsələlər müzakirə olunub. Tədbirdə 86 ölkədən 160 nümayəndə iştirak edib. Baş Toplantıda QTŞ-nin 2019-cu ildə Braziliyanın San-Paulu şəhərində keçiriləcək 8-ci İllik Baş Toplantısının gündəliyi müzakirə olunub, QTŞ-nin yeni prezidenti və müavinləri seçilib.

Səfər çərçivəsində E.Babayev tərəfindən bir sıra fond və şura rəhbərləri (Türkiyə, Avstriya, Belarus, İran, İsrail və s.) ilə qısamüddətli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub. “Tədqiqatlar üzrə qonşular” mövzusunda “dəyirmi masa”da keçmiş sovet ölkələri, həmçinin bir sıra qonşu ölkələr (Türkiyə, İran, Koreya, Monqolustan) arasında əməkdaşlıq məsələləri, mövcud potensial, meqaelm üzrə tədqiqatlar kimi məsələlər müzakirə olunub. Nümayəndələr məşhur “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin işi ilə tanış olublar. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunda Avrasiya Astronomiya Cəmiyyəti idarə heyətinin iclasında E.Babayev Azərbaycanda elmi tədqiqatların vəziyyəti, qrant maliyyələşdirilməsi, astronomiya sahəsində araşdırmalar haqqında məruzə ilə çıxış edib. Birgə planlar müzakirə olunub.          

 

                                                    Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında