ATU tələbələri hipertoniyaya həsr edilmiş fləşmob keçirib

17 may -- Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür. Bu münasibətlə Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə ali məktəbin həyətində tələbələr tərəfindən fləşmob keçirilib.

Bu barədə ATU-nun mətbuat xidmətindən aldığımız məlumatda bildirilir. Tələbə Gənclər Təşkilatının sədr müavini Rauf Vəliyevin sözlərinə görə, fləşmobun təşkilində əsas məqsəd tələbələrə və ümumiyyətlə səhiyyə ictimaiyyətinə bu günün vacibliyini xatırlatmaqdan ibarətdir: “Bundan əvvəl də tibb dünyasında qeyd olunan xüsusi günlərlə əlaqədar fləşmoblar keçirmişik. Bu gün 70 tələbənin iştirakı ilə EKQ formalı stobil düzüşlü fləşmob baş tutdu”.

Fləşmobun uğurla baş tutmasında TGT-nin aktiv tələbələrindən Azad Kərimbəyli, Cavid Mustafa, Kamilə Qəhrəmanzadə, Minayə Məmmədova, Gülnur Rüstəmovanın xüsusi zəhməti olub. Aksiya iştirakçıları tədbirin təşkilində göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü bütün dünyada 17 may tarixində qeyd olunur.  Arterial hipertenziya – arterial təzyiqin  140/90 mm.civə sütunundan yuxarı qalxması halıdır. Arterial hipertenziya birinci və ikinci dərəcəli olur. Birinci dərəcəli arterial hipertenziya zamanı hipertoniya xəstəliyi ayrıca bir xəstəlik sayılır, əsas və aparıcı əlaməti arterial təzyiqin qalxmasıdır. İkinci halda isə arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında