“Kimya möcüzələr yaradır”

Naxçıvan Dövlət Universitetində təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin orta məktəbdə təcrübə keçən tələbələri “Kimya möcüzələr yaradır” adlı elmi-əyləncəli tədbir keçiriblər.

Təqdimat mərasimini giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişafından, son illər ali məktəbdə genişlənən   elmi-tədqiqat işlərindən, yüksək indeksli jurnallarda dərc edilən elmi məqalələrin sayının artmasından danışıb.

Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı  Şəmil Mahmudov, kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev ixtisas biliyinin artırılması üçün təcrübələrin aparılmasının əhəmiyyətini diqqətə çatdırıblar.

Tələbələr kimyanın qədim tarixi, dünya və Azərbaycan kimyaçıları, insan həyatında kimyanın rolu barədə çıxışlar ediblər. Sonra onlar musiqili kimya, danışan elementlər, qələvi metallar ilə bağlı əyləncəli reaksiyalar nümayiş  etdiriblər. Tələbələrin təcrübə keçdiyi 16 saylı tam orta məktəbin şagirdləri isə fənlərin bəhsi, oksigenin hekayəsi adlı kompozisiyalar göstəriblər.

R.TAHİR,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında