Aparılan tədqiqatlar dünya elminin tələblərinə cavab verməlidir

Bu gün AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, eləcə də Biologiya və Tibb Elmləri bölmələri üzrə 57 tədqiqatçının dissertasiya mövzularının müzakirəsinə həsr olunan yığıncaq keçirilib. www.science.gov.az saytının məlumatına görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək rəhbərlik etdiyi qurumun əsas hədəflərindən birinin də gənclərin elmi fəaliyyətinə dəstək vermək, onları həvəsləndirmək və yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdən ibarət olduğunu qeyd edib. Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyasının sürətləndiyini qeyd edən alim gənc tədqiqatçıları prioritet elmi istiqamətlərdə araşdırmalar aparmağa çağırıb: “Hər bir tədqiqatçı mövzu seçərkən diqqətli olmalı, onların əldə etdiyi elmi nəticələr dünya elminin çağırışlarına, müasir tələblərə cavab verməlidir”.

AMEA rəhbəri elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb. Akademiyada dissertasiya mövzularının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan akademik A.Əlizadə bu prosesdə AMEA-nın alim və mütəxəssislərinin fəal iştirakının zəruri olduğunu qeyd edib.

Sonda AMEA-nın müvafiq elmi bölmələri üzrə müəyyənləşdirilmiş dissertasiya mövzuları ilə bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.

 

             Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında