Gənc alimlər üçün elan olunmuş müsabiqənin nəticələri açıqlanıb

AMEA prezidentinin 5 aprel 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə akademiyanın gənc alimləri üçün AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə müsabiqəyə yekun vurulub.

www.science.gov.az saytı yazır ki, müsabiqədə iştirak etmək məqsədilə akademiyanın 46 gənc alimi sənədlərini AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edib. Təqdim edilən sənədlərin təhlili AMEA prezidentinin sözügedən sərəncamı ilə yaradılmış Ekspert komissiyası tərəfindən həyata keçirilib. Komissiya iddiaçıların əldə etdikləri nəticələri təhlil edərək yekun rəy hazırlayıb və AMEA-nın prezidentinə təqdim edib.

Müsabiqənin nəticələrinə görə, 14 nəfər gənc alim mükafatlandırılıb. Müsabiqənin qalibləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılacaq.

 

                     Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında