ABŞ-IN TEXAS A&M UNİVERSİTETİNİN MÜTƏXƏSSİSLƏRİ İLƏ GÖRÜŞ

Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (“AqroMərkəz”) və ABŞ-ın Texas A&M Universitetinin mütəxəssisləri ilə görüşüb. Görüşün məqsədi Azərbaycanda pambıq istehsalının səmərəli təşkili ilə bağlı müzakirələrin aparılması və bu sahədə milli platformanın yaradılması olub.

Nazir qonaqları salamlayaraq ölkəmizdə pambıqçılığın kənd təsərrüfatının prioritet sahəsi olduğunu qeyd edib və bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatlarla, həmçinin “AqroMərkəz” təşkilatının həyata keçirdiyi layihəyə dəstək veriləcəyini nəzərə çatdırıb. Pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda, aqrar məhsulların ticarətinin optimallaşdırılmasının ümumilikdə aqrar sektorun inkişafına təsir edəcəyini bildirib.

“AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar.  

Qeyd edək ki, Texas A&M Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdan ibarətdir.

 

                                                    Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında