Lənkəran Dövlət Universiteti beynəlxalq əlaqələrini genişləndirir

Avropanın  nüfuzlu ali təhsil ocağı olan   Macarıstanın Kapoşvar Universiteti ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığa dair   yeni  əməkdaşlıq müqaviləsi imzalanıb. Qeyd edək ki, imzalanma  mərasimi Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla LDU nümayəndə heyətinin Macarıstanın Kapoşvar Universitetinə işgüzar səfəri zamanı  həyata keçirilib. Müqaviləni hər iki ali təhsil ocağının rəsmiləri imzalayıb.

Dünya təhsilinin müsbət yeniliklərindən qarşılıqlı istifadəni nəzərdə tutan müqaviləyə əsasən, bu ali təhsil ocaqları arasında müəllim-tələbə mübadiləsi həyata keçiriləcək, birlikdə elmi konfranslar təşkil olunacaq, ikili layihələr hazırlanacaq. 5 il müddətinə nəzərdə tutulmuş müqavilədə ikili diplomların təsis edilməsi də nəzərdə tutulub.

Səfər çərçivəsində LDU-nun nümayəndə heyəti Karoşvar Universitetinin təlim-tədris bazası, təcrübə sahəsi, elmi kitabxanaları, tədrisin vəziyyəti ilə  yaxından tanış olub, tələbə-müəllim heyəti ilə bir sıra görüşlər keçiriblər. Xatırladaq ki, Kapoşvar Universiteti əsasən aqrar istiqamətdə kadrlar hazırlayır və bu ali təhsil ocaqları  qarşılıqlı əməkdaşlıq istiqamətində ilk anlaşma memorandiumu 5 mart 2016-cı il tarixdə imzalanıb.

Esmira İSMAYILOVA,
LDU-nun mətbuat xidmətinin rəhbəri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında