"Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Müstəqil Azərbaycan: reallıqlar və perspektivlər" mövzusunda elmi sessiya keçirilib.

 

www.science.gov.az saytı yazır ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Akademik bildirib ki, müstəqil Azərbaycanın banisi olan Heydər Əliyev tarixin çətin vaxtlarında hakimiyyətə gələrək böyük xidmətlər göstərib, xalqı parçalanmaqdan xilas edib. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyev: zaman və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. İ.Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən bütün dünyanın diqqətini cəlb etmiş qüdrətli şəxsiyyətdir. Akademik vurğulayıb ki, xalqımız ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini ölkəmizin məsuliyyətli və şərəfli tarixinin böyük hadisəsi kimi qeyd edir.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Təsviri sənətdə Heydər Əliyevin obrazı” mövzusunda məruzə ilə çıxış edib. Ə.Salamzadə bildirib ki, ulu öndər Heydər Əliyevin təsviri və dekorativ-tətbiqi sənətlərin bütün növlərində yaddaqalan surətləri yaradılıb. Ulu öndər Heydər Əliyevin obrazı dekorativ-tətbiqi sənətdə də öz əksini tapıb. Natiq bu sahədə əsas yeri xalçaçılığın tutduğunu vurğulayıb: “Son illər üzərində Heydər Əliyevin təsvirləri olan bir-birindən gözəl, rəngarəng xalçalar toxunulub. Bundan başqa, ulu öndərin daş, çaylaq daşı, ağac və digər materiallar üzərində oyma və yonma üsulu ilə hazırlanmış təsvirlərinə də rast gəlinir. Eləcə də, onun zərgərlik, misgərlik sahələrində, basma və başqa üsullarla yaradılmış surətlərinə də təsadüf olunur”.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında