ADNSU tələbələrinin istehsalat təcrübəsi davam edir

asoiu.edu.az saytından aldığımız xəbərə görə, mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllim heyəti “Baku Steel Company” şirkətində olublar. Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, Neft-mexanika fakültəsinin dekan müavini Tahir Süleymanov və ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin İstehsalat təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov iştirak edib.

“Baku Steel Company”nin bir neçə yüksək vəzifəli təmsilçisi ilə görüşlər keçirən ADNSU nümayəndələrinə şirkətin iş prinsipi, burada istehsal olunan məhsullar haqqında məlumat verilib. Tələbələrin təcrübə prosesini müşahidə edən professor-müəllim heyəti şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Daha sonra müəssisədə tələbələrlə görüş keçirilib. ADNSU-da daima əmək bazarının müasir tələblərinə uyğun şəkildə kadrların yetişdirilməsinə səy göstərildiyini deyən dos. Əli Hikmət Əhmədov bu istiqamətdə universitetdə aparılan islahatlardan danışıb. Tələbələrin qazandığı nəzəri biliklərin praktikada tətbiqinin vacibliyini vurğulayan Ə.Əhmədov universitetin layihəsi olan gündəlik təcrübə proqramının tələbələrə verdiyi üstünlükləri qeyd edib. Görüşdə həmçinin buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları və başqa məsələlər haqqında müzakirələr aparılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İ.Əmənullayev,
“Xalq qəzet”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında